“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası baş tutub
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva dövlət başçısıcənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraqyaradılmış "Yüksəliş" müsabiqəsinin ölkədərəqabətqabiliyyətli insan kapitalının inkişafında, peşəkarkadr ehtiyatı bankının formalaşdırılmasında önəmli platforma olduğunu qeyd edib. Bildirilib ki, dördüncü dəfətəşkil ediləcək müsabiqə idarəetmə bacarıqlarına güvənən şəxslər üçün geniş perspektivlər açacaq.
İclasda dördüncü “Yüksəliş” müsabiqəsinin ümumi konsepsiyası, strukturu, məzmunu və gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Oxşar xəbərlər

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025
.jpg)
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Yüksəliş” müsabiqəsinin qalibləri görüşüb
19.03.2025