“Yüksəliş” müsabiqəsinin təşkilatçılığı ilə “Azərbaycanın Yüksəlişi” intellektual kvizi baş tutub
"Yüksəliş" müsabiqəsinin qaliblər, finalçılar və yarımfinalçılarının iştirakı ilə keçirilən "Azərbaycanın Yüksəlişi" intellektual kvizi - Payız mövsümü uğurla başa çatıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.
Qeyd edək ki, “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, eləcə də Ulu öndər Heydər ƏIiyevin və Prezident cənab İlham Əliyevin ölkəmizi yüksəlişə aparan fəaliyyətlərinə həsr olunub.
"Gülüstan" sarayında baş tutan tədbirdə 42 komanda ilə birlikdə 300 nəfərə yaxın iştirakçı öz bilik və bacarıqlarını sınayıb. Müsabiqə nəticələrinə görə, "Yaşıl Keçid" komandası 1-ci yer, "Perfect strangers" komandası 2-ci yer, "DAY22" komandası isə 3-cü yerə layiq görülüb.
Yarışda gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qalib komandaları təbrik edərək, onlara uğurlar arzulayıb və mükafatları təqdim edib.
“Yüksəliş” müsabiqəsi artıq üçüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual kviz keçirdir. Qeyd edək ki, bu ilin bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025