Zakir İbrahimov "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib
Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, növbəti bir ay üçün qarşılıqlı fəaliyyət planlaşdırılıb. Həmçinin mentor tərəfindən korporativ idarəçilik, menecmentin metodları və idarəetmədə onların roluna dair suallar cavablandırılıb. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən İdarə Heyətinin sədri proqram çərçivəsində müsabiqə qalibinin öz potensialını üzə çıxarmasına dəstək göstərəcəyini bir daha diqqətə çatdırıb. Nazim Novruzov mentor ilə birgə layihələrdə işləməklə daha çox idarəçilik təcrübəsi qazanmaqda maraqlı olduğunu bildirib, faydalı məsləhətlərə və Səhmdar Cəmiyyətin müxtəlif struktur-bölmələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə yaradılan şəraitə görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
23.03.2025

Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
19.03.2025

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib
19.03.2025