1820

Dəyərlərimiz

Vətənə xidmət

Biz ölkəmizin inkişafına töhfə verməyi və parlaq gələcəyini təmin etməyi özümüzə borc bilirik. Hər kəsin rifahı naminə bu yolda fədakarlıq göstərir və milli dəyərlərə sadiq qalırıq.

Dürüstlük

Ədaləti və şəffaflığı fəaliyyətimizin əsas məqsədi hesab edir, daim etik prinsipləri qoruyuruq. Yüksək səviyyəli standartlarda işləmək bizə həm cəmiyyətin, həm də iştirakçıların inamını qazanmağa imkan verir.

Obyektivlik

Hər kəsin potensialını tam göstərməsi və uğur qazanması üçün bərabər imkanlar yaradırıq. Müsabiqənin hər mərhələsində obyektivlik və ədalət prinsiplərinə sadiq qalaraq hər kəsin şansı olmasını təmin edirik.

Həmrəylik

Birgə hədəflərə çatmaq üçün komanda ruhu ilə fəaliyyət göstəririk. Qarşılıqlı dəstək və əməkdaşlıq sayəsində uğurlu nəticələr əldə edir və daha böyük məqsədlər üçün daim birlikdə can atırıq.

Fürsət yaratmaq

İdarəçilik potensialına sahib şəxslərin inkişafına şərait yaradır və onların bacarıqlarını reallaşdırmaları üçün müvafiq imkanlar təqdim edirik. Onlara dəstək olmaqla uğura gedən yollarına işıq tuturuq.

İnsanmərkəzlilik

İştirakçıların inkişafını və ehtiyaclarını hər zaman ön planda saxlayırıq. Onların fikirlərini dinləyir, bacarıqlarını inkişaf etdirib potensial idarəçilərə çevrilmələrinə şərait yaradırıq.

Yolgöstərənlik

Biz ən son yenilikləri tətbiq etməklə gələcəyin idarəçilərinə yol göstərir və inkişaf istiqamətlərini müəyyənləşdiririk. İnnovativ yanaşmamız vasitəsilə trendləri müəyyənləşdirir və insanlara nümunə oluruq.