“YÜKSƏLİŞ” MÜSABİQƏSİNİN
QALİBLƏRİ İLƏ
TANIŞ OLUN
Orxan Quliyev
Orxan Quliyev
1989-cu ildə anadan olub. Berlin Texniki Universitetində (Technical University of Berlin) Sənaye mühəndisliyi və İdarəetmə (İstehsalatın və proseslərin avtomatlaşdırılması) ixtisası üzrə bakalavriat və Sənayə mühəndisliyi və idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. "Caspian Innovation Center" MMC (SOCAR) - da Biznes əməliyyatları üzrə rəhbər vəzifəsində çalışır. Eyni zamanda, Bakı Ali Neft Məktəbində müəllim kimi fəaliyyət göstərir.
Ziya Mürsəlzadə
Ziya Mürsəlzadə
Mürsəlzadə Ziya Məhəmmədəli oğlu. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasında bakalavr pilləsi üzrə təhsil almışdır. 2012-2013-cü illər ərzində SOCAR-ın “Xarici təqaüd proqramı” çərçivəsində Böyük Britaniyanın Lester Universitenin (Leicester University) “Maliyyə” ixtisasında magistr pilləsi üzrə təhsil almışdır. SOCAR-da əmək fəaliyyətinə 2013-cü ildə Əmək şəraiti normalarının işlənməsi İdarəsinin “İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi” şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 2016-2018-ci illərdə həmin şöbənin rəis müavini, 2018-2019-cu illərdə həmin şöbənin rəisi, 2019-cu ildən isə Əmək şəraiti normalarının işlənməsi İdarəsinin rəis müavini vəzifəsində çalışır. Eyni zamanda, həm BANM-da MBA ixtisasında, həm də UNEC Beynəlxaq İqtisadiyyat Məktəbində pedaqoji fəaliyyətlə məşğuldur.
Fərrux Əliyev
Fərrux Əliyev
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, Upsalla Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Varvik Biznes Məktəbində (Warwick Business School) Biznesin idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsilini bitirib. “PAŞA Holding”də İnnovasiyalar üzrə Proqram rəhbəri vəzifəsində çalışır.
Leyla Xəlilova
Leyla Xəlilova
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində bakalavriat, CIFE Avropa İnstitutunda (CIFE European Institute) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Təhsil Nazirliyində Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri vəzifəsində çalışır.
Orxan Yusibov
Orxan Yusibov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Eseks Universitetində Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Corporate Solutions Consulting Limited” şirkətində maliyyə məsləhətçisi, “Azərbaycan Dəmir Yolları”nda şöbə rəisi vəzifəsində çalışır.
Kamil Alıyev
Kamil Alıyev
1990-cı ildə anadan olub. Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. "Azərbaycan Hava Yolları"nda Marşrutların və hava gəmilərinin planlaşdırılması şöbəsinin rəisi vəzifəsində çalışır.
Cavid Hümbətov
Cavid Hümbətov
1986-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura təhsili alıb. “Neqsol Holding” MMC-də Hesabatlılıq və Büdcə üzrə menecer vəzifəsində çalışır.
Xamis Seyranov
Xamis Seyranov
1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”ndə şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin (Business School - MBA Program) müəllimidir.
Elşən Soltanov
Elşən Soltanov
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Azerconnect” MMC-də Müştəri xidmətləri strategiyası və keyfiyyətin təminatı üzrə bölmə rəhbəri vəzifəsində çalışır.
Nazim Novruzov
Nazim Novruzov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Cihazqayırma mühəndisliyi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. “Onneks” MMC şirkətində direktor, həmtəsisçi vəzifəsində çalışır.
Samir Kərimov
Samir Kərimov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “189 TAXI” şirkətində direktor vəzifəsində çalışır.
Fəxri Hüseynov
Fəxri Hüseynov
1984-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə bakalavr və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında İdarəetmənin informasiya texnologiyaları ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “GoldenPay” şirkətində layihə rəhbəri vəzifəsində çalışır.
Elçin Mirzəzadə
Elçin Mirzəzadə
1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. “Xalq Bank” ASC-də Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin rəisi vəzifəsində çalışır.
Turxan Süleyman
Turxan Süleyman
1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Regionşünaslıq (Ukraynaşünaslıq) ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura və aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tədrisin elektron idarə edilməsi və imtahanların təşkili şöbəsinin müdiri və baş müəllim vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin müəllimidir.
Ruslan Mirzəliyev
Ruslan Mirzəliyev
1988-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nda sədr müavini, “DOST Agentliyi”ndə şöbə müdiri vəzifəsində çalışır.
Orxan Zakirov
Orxan Zakirov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Queensland Universitetində (University of Queensland) İqtisadi informasiya sistemlər ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Beynəlxalq Bankı”nda Scrum Master vəzifəsində çalışır.
Cəfər Cəfərov
Cəfər Cəfərov
1998-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universiteti) Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, ADA Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışır.
Məhəmməd Məmmədov
Məhəmməd Məmmədov
1992-ci ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Edinburq Universitetində (University of Edinburgh) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Dövlət Neft Fondu”nda Baş treyder vəzifəsində çalışır.
Ləman Qafarzadə
Ləman Qafarzadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və aspirantura/doktorantura, Qlazqo Universitetində (The University of Glasgow) Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. İş fəaliyyətinə 2014-cü ildə şəxsi müəssisəsini təsis etməklə başlamış, hal-hazırda “Ali Məhkəmənin İnzibati Kollegiyasın”da kollegiya sədrinin köməkçisi/ hakim köməkçisi vəzifəsində çalışır. Eyni zamanda, 2016-cı ildən Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində müəllim kimi işləyir.
Ramtiq Alızadə
Ramtiq Alızadə
1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dillər Universitetində Regionşünaslıq(İsrail) ixtisası üzrə magistratura təhsili alıb. “Gənclərin İnkişaf və Karyera Mərkəzi”ndə Regionların İnkişaf Departamentinin direktoru vəzifəsində çalışır.
Vüqar Mirzəzadə
Vüqar Mirzəzadə
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya ixtisası üzrə bakalavriat, Qlazqo Universitetində (The University of Glasgow) “İdarəetmə və beynəlxalq maliyyə” ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan İnvestisiya Holdinqi”ndə Nəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışır.
Tural Feyzullayev
Tural Feyzullayev
1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Tuluz Universitetində Beynəlxalq və Avropa hüququ və Beynəlxalq Biznes hüququ ixtisasları üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində müəllimdir. “İcbari Sığorta Bürosu”nda Himayəçilər Şurasının üzvü və “Azərbaycan Respublikasının Mərkəzi Bankı”nda Hüquq departamentinin direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışır.
Semral Əliyev
Semral Əliyev
1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universiteti (keçmiş Qafqaz Universiteti) Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura, Çin Xalq Respublikasında Harbin Kommersiya Universitetində idarəçilər üçün ixtisaslaşma təhsili alıb. BMT-nin İnkişaf Proqramının Astana Dövlət Qulluğu Mərkəzinin Azərbaycan üzrə koordinatoru və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ndə İnnovasiyalar sektorunun müdiri vəzifəsində çalışır.
Saməddin Abbasov
Saməddin Abbasov
Abbasov Saməddin Fəxrəddin oğlu 1989-cu ildə anadan olub. İqtisadiyyat və idarəetmə ixtisası üzrə bakalavriat və Qafqaz Universitetində MBA proqramı çərçivəsində Maliyyə və kredit ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Statistika departamentinin Xarici sektorun statistikası şöbəsinin əməkdaşıdır.
Orxan Qazı zadə
Orxan Qazı zadə
1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi”ndə prokuror vəzifəsində çalışır.
Ülkər Məlikova
Ülkər Məlikova
1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, magistratura və aspirantura/doktorantura təhsili alıb. "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert, Bakı Dövlət Universiteti, "SABAH" Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.
Güldənə Hidayətli
Güldənə Hidayətli
1995-ci ildə anadan olub. “Heriot-Watt University”də Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Bakı Ali Neft Məktəbində Kimya mühəndisliyi ixtisas üzrə ikinci bakalavriat və Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Bakı Ali Neft Məktəbində Keyfiyyətin təminatı şöbəsinin rəisi vəzifəsində çalışır. Bakı Ali Neft Məktəbində müəllimdir.