![Emil Məmmədli](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Emil%20%20M%C9%99mm%C9%99dli.jpg)
Emil Məmmədli
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Lankester Universitetində (Lancaster University) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. İspaniyanın İE Biznes Məktəbində (İE Business School) İslam Maliyyəsi ixtisası üzrə ikinci magistratura təhsili alıb.
Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı Qrupunda investisiya inzibatçısı vəzifəsində çalışır.
![Arzu Tairquliyeva-Nağıyeva](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Arzu%20Tairquliyeva-Na%C4%9F%C4%B1yeva.jpg)
Arzu Tairquliyeva-Nağıyeva
1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavriat və Azərbaycan dillər Universitetində Regionşünaslıq ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib. ADA Universitetində Təlim və tədrisin təşkili və metodikası üzrə magistr təhsili alıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi fəaliyyət göstərir.
![Mustafa Hüseynov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Mustafa%20H%C3%BCseynov.jpg)
Mustafa Hüseynov
1985-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda bakalavriat və ardından magistratura təhsili alıb. ADA və ABŞ-ın Dyuk (Duke) Universitetinin ASEP proqramının məzunudur.
“PaşaPay”də Analitik departamentinin direktoru vəzifəsində çalışır.
![Əli Əhmədov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/%C6%8Fli%20%C6%8Fhm%C9%99dov.jpg)
Əli Əhmədov
1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanın York və Fransanın Starsburq universitetlərində Biznesin idarə edilməsi üzrə magistratura (EMBA) təhsilini davam etdirir. "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
![Elmir Hüseynov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Elmir%20H%C3%BCseynov.jpg)
Elmir Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Bristol Universitetində (The University of Bristol) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. PAŞA Development şirkətində PAŞA Daşınmaz əmlak qrupu üzrə Maliyyə direktoru vəzifəsində çalışır. Eyni zamanda, ADA Universitetində və həmtəsisçisi olduğu BRIDGE Academy-də vergi və maliyyə təlimləri üzrə tədris aparır.
![Elşən Həziyev](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/El%C5%9F%C9%99n%20H%C9%99ziyev.jpg)
Elşən Həziyev
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Kass Biznes Məktəbində (Cass Business School) Daşınmaz əmlak investisiyası ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya departamentində Daşınmaz əmlak şöbəsinin müdiri olaraq çalışır.
![Azər Əzimov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Az%C9%99r%20%C6%8Fzimov.jpg)
Azər Əzimov
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat və Maliyyə menecmenti ixtisası üzrə birinci magistratura təhsili alıb. Böyük Britaniyanın Şeffild Universitetində (University of Sheffield) EMBA ixtisası üzrə ikinci magistratura təhsili alıb. bp şirkətində Kommersiya Transformasiyası üzrə qlobal məsləhətçi vəzifəsində çalışır.
![Şöhrət İsa-zadə](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/%C5%9E%C3%B6hr%C9%99t%20%C4%B0sa-zad%C9%99.jpg)
Şöhrət İsa-zadə
1990-cı ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili alıb. Hər iki təhsilini fərqlənmə ilə bitirib. Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsində bələdiyyə üzvüdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) İnterqrasiya Edilmiş Planlaşdırma və Kommersiya Optimallaşdırması Departamentinin rəis müavini vəzifəsində çalışır.
![İlyas İsmayıllı](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/%C4%B0lyas%20%C4%B0smay%C4%B1ll%C4%B1.jpg)
İlyas İsmayıllı
1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb.
“Azergold” QSC-nin strateji planlaşdırma və layihələrin idarə edilməsi şöbəsində müdir müavini vəzifəsində çalışır.
![Elkiyar Ziyadov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Elkiyar%20Ziyadov.jpg)
Elkiyar Ziyadov
1990-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Marketinq menecment ixtisası üzrə magistratura və Xəzər Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb. Böyük Britaniyanın York Universiteti və Fransanın Strasburq Universitetində Executive MBA üzrə magistratura təhsilini davam etdirir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universiteti- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) müəllim kimi fəaliyyət göstərir.
![Camal Nağıyev](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Camal%20Na%C4%9F%C4%B1yev.jpg)
Camal Nağıyev
1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə bakalavriat, Bakı Biznes Universitetində Menecment(sahələr üzrə) magistratura təhsili alıb. Dövlət Məşğulluq
Agentliyi Aparatının İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin
müdiri vəzifəsində çalışır.
![Hüseyn Mahmudov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/H%C3%BCseyn%20Mahmudov.jpg)
Hüseyn Mahmudov
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, ADA və MQİMO universitetlərində MBA üzrə magistratura təhsili alıb. “PAŞA Holding”də Xarici innovasiyalar üzrə funksional rəhbər vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərir.
![Fərid İsayev](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/F%C9%99rid%20%C4%B0sayev.jpg)
Fərid İsayev
1986-cı ildə anadan olub. Böyük Britaniyanın Kinqston Universitetində (Kingston University) və Qərbi Kaspi Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri vəzifəsində çalışır. Alman-Azərbaycan Xarici Ticarət Palatasında Vergi, Hüquq və Gömrük məsələləri üzrə komitənin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai şuranın üzvü və “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun üzvüdür.
![Fərrux Məhərrəmli](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/F%C9%99rrux%20M%C9%99h%C9%99rr%C9%99mli.jpg)
Fərrux Məhərrəmli
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “Cybernet” MMC-də Baş transformasiya inzibatçısı vəzifəsində çalışır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, 4 medalla təltif edilmişdir.
![Xanbaba Sultanlı](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Xanbaba%20Sultanl%C4%B1.jpg)
Xanbaba Sultanlı
1991-ci ildə anadan olub. Moska Dövlət Aviasiya Universitetində İdarəçilik ixtisası üzrə və Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Böyük Britaniyanin York və Fransanın Strasburq universitetlərində Biznesin İdarə edilməsi üzrə magistratura (EMBA) təhsilini davam etdirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsində çalışır.
![Nərgiz İsayeva](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/N%C9%99rgiz%20Balaki%C5%9Fiyeva.jpg)
Nərgiz İsayeva
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. ABŞ-ın Hyuston Universitetində (University of Houston) Beynəlxalq hüquq ixtisasının magistratura pilləsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İnvestisiya əməliyyatları departamentində müdir müavini vəzifəsində çalışır.
![Ramil Abulov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Ramil%20Abulov.jpg)
Ramil Abulov
1988-ci ildə anadan olub. Gəncə Dövlət Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlıq departamenti, Biznes tərəfdaşlığı şöbəsinin rəisi vəzifəsində çalışır.
![Nihad Mənsimzadə](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Nihad%20M%C9%99nsimzad%C9%99.jpg)
Nihad Mənsimzadə
1991-ci ildə anadan olub. ABŞ-nın Texas A&M Universitetində (Texas A&M University) İqtisadiyyat ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lids Universitetində (University of Leeds) İqtisadiyyat və maliyyə ixtisası üzrə magistratura təhsili alıb. “Nobel Energy Management” şirkətində Biznesə dəstək üzrə koordinator vəzifəsində çalışıb.
![Mehriban Rəsulova](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Mehriban%20R%C9%99sulova.jpg)
Mehriban Rəsulova
1991-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat, Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) Turizm, Mədəni irs və Davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə təhsil alıb. "PASHA Real Estate"də Təşkilati inkişaf üzrə direktor vəzifəsində çalışır.
![Etibar Hüseynov](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/Etibar%20H%C3%BCseynov.jpg)
Etibar Hüseynov
1992-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və Böyük Britaniyanın Lankester Universitetində Beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazirin icraçı katibi vəzifəsində çalışır.
![Nərgiz İsmayılova](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/N%C9%99rgiz%20%C4%B0smay%C4%B1lova.jpg)
Nərgiz İsmayılova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq ticarət ixtisası üzrə bakalavriat və ADA Universiteti ilə Niderland Krallığının Maastrixt Universitetinin (Maastricht University) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası üzrə magistratura təhsili alıb. Qarabağ Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsində çalışır.
![Vüsalə Bayramova](https://www.yukselish.az/storage/app/media/Qalibler%202022%20edit/V%C3%BCsal%C9%99%20Bayramova.jpg)
Vüsalə Bayramova
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı üzrə Heyətin idarə edilməsi ixtisasında magistratura təhsili alır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində zabitdir.