Elvin Əlizadə
1993-cü ildə anadan olub. Hərbi Dəniz Məktəbində (Türkiyə) Kompüter mühəndisliyi
üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində məsləhətçi vəzifəsində çalışır.
Sübhan Əsgərzadə
1997-ci ildə anadan olub. Azərbaycan
Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini Macarıstanın
Peç Universitetində (University of Pécs) Struktur mühəndisliyi ixtisasının magistratura səviyyəsində davam etdirib. PD&MS
Group şirkətində Planlaşdırma mühəndisi
vəzifəsində çalışır.
Toğrul Ələkbərov
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası
üzrə bakalavriat və Boulinq Qrin Universitetində (Bowling Green State University) İşçilərin təhsili və inkişafı ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində
Mərkəzi Karyera Filialının rəhbəri vəzifəsində
çalışır.
Ülviyyə Mehralıyeva
1988-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində
Beynəlxalq münasibətlər və diplomatiya
ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Səkinə Vəliyeva
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat
təhsili alıb və təhsilini Böyük Britaniyanın
Mançester Universitetində (The University
of Manchester) Kompüter elmləri və biznes
idarəetməsi ixtisası üzrə davam etdirib. İsveçrənin Lozan Universitetində MEMOS – İcraçı magistr proqramı (İdman təşkilatlarının
idarə olunması) ixtisası üzrə magistr təhsili
alıb. Milli Olimpiya Komitəsinin Marketinq
üzrə rəhbəri vəzifəsində çalışır. Həmçinin
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Kanalı Komissiyasının üzvüdür.
Şahin Mahmudzadə
1992-ci ildə anadan olub. Türkiyənin Ankara Universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsili alıb. Sabancı Universitetində
(Türkiyə) Maliyyə ixtisasının magistratura
səviyyəsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru vəzifəsində çalışır.
Toğrul İslam
1993-cü ildə anadan olub. Azərbaycan Universitetində Maliyyə sahəsi üzrə Biznesin
təşkili və idarə edilməsi (MBA proqramı),
həmçinin Corcia Dövlət Universitetinin Biznes Kollecində Maliyyə ixtisası üzrə bakalavriat, ADA Universitetində isə Maliyyə sahəsi
üzrə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə (MBA proqramı) magistratura təhsili
alıb. “PAŞA Həyat Sığorta” ASC-də Baş mühasib – Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışır.
Azad Qəribov
1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, Qlazqo Universitetində (The University of Glasgow) Beynəlxalq siyasət üzrə
magistratura, Mərkəzi Avropa Universitetində Siyasi elmlər ixtisası üzrə doktorantura
təhsili alıb. Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycandakı ölkə ofisində kommunikasiya eksperti vəzifəsində çalışır. ADA Universitetində “Qlobal siyasət”, “Dövlət və siyasət”
fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.
Bayram Orucov
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavriat,
Erasmus adına Rotterdam Universitetində
(Erasmus University Rotterdam) Beynəlxalq
kommersiya və şirkət hüququ üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində Konstitusiya hüququ ixtisası üzrə doktorantura təhsili alır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Baş katibi
vəzifəsində çalışır.
Faiq Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya
iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi
üzrə magistratura təhsili alıb. Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Fərahim Hacıyev
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment və Böyük
Britaniyanın Mançester Universitetində (The
University of Manchester) Mühasibat uçotu
ixtisası üzrə bakalavriat təhsili alıb. “Veysəloğlu” Şirkətlər Qrupunda Qrup üzrə Maliyyə nəzarəti və hesabatlılıq şöbəsinin müdiri vəzifəsində çalışır.
Xanım Daşdəmirova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə
bakalavriat, Beynəlxalq iqtisadi münasibətlər
üzrə magistratura təhsili alıb. Təhsilin İnkişafı
Fondunda İdarə heyəti sədrinin müavini vəzifəsində çalışır.
İlahə Baxışova Tahirli
1994-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavriat, Bakı Mühəndislik Universiteti və
Roma Sapienza Universitetində (Sapienza
University of Rome) Biznesin idarə edilməsi
ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında
işçi kapitalının inkişafı üzrə baş mütəxəssis vəzifəsində çalışır.
Mirzə Ələkbər Babayev
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə
bakalavriat, Bristol Universitetində (University of Bristol) Strateji idarəetmə ixtisası üzrə
magistratura təhsili alıb. BƏƏ-də fəaliyyət göstərən "Azerbaijan Trading Corporation" şirkətlər qrupunda Əməliyyatlar üzrə baş direktor (COO) vəzifəsində çalışır.
Şamxal Cəmilzadə
1991-ci ildə anadan olub. Almaniyanın Klaustal Texniki Universitetində (Technical University of Clausthal) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas üzrə magistratura, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə İnkişaf etməkdə olan ölkələrdə data və iqtisadiyyat ixtisası üzrə ikinci magistratura təhsili alıb. İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi Tibbi yardımın maya dəyərinin
hesablanması xidmətinin Baş məsləhətçisi
vəzifəsində çalışır. Həmçinin ADNSU və UNEC-də müəllim kimi fəaliyyət göstərir.
Emil Bəşirov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin
təşkili və idarə edilməsi üzrə bakalavriat,
Kardiff Universitetində (Cardiff University)
Biznesin təşkili və idarə edilməsi (MBA), Qərbi Kaspi Universitetində Beynəlxalq biznes
(MBA) ixtisası üzrə magistratura təhsili alıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) standartlarının işlənməsi
şöbəsinin rəisi vəzifəsində çalışır.
Əsəd Qurbanzadə
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar
Qrupunun Maliyyə ixtisası üzrə bakalavriat,
Xüsusi İstedadlar Qrupunun Bank işi ixtisası
üzrə magistratura, Türkiyənin Anadolu Universitetində Maliyyə ixtisası üzrə MBA (ikinci
magistratura), İqtisadiyyat Nazirliyi İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunda Dövlət
maliyyəsi və fiskal siyasət ixtisası üzrə doktorantura təhsili alıb. “Agro Dairy” şirkətində
kommersiya direktoru vəzifəsində çalışır.
Fərid İsayev
1990-cı ildə anadan olub. Sumqayıt Dövlət
Universitetində İqtisadiyyat üzrə bakalavriatı fərqlənmə ilə bitirib. Azərbaycan Dövlət
İqtisad Universitetində Vergi və vergiqoyma ixtisası üzrə magistratura, Vaşinqton
Universitetinin (University of Washington)
Layihələrin idarəedilməsi üzrə Pre-Master
proqramını bitirib. Böyük Britaniyanin York
Universitetində (University of York) və Fransanın Strasburq Universitetində (University
of Strasbourg) Logistika və təchizat zəncirinin idarə edilməsi üzrə MBA təhsili alıb.
SOCAR “Azərkimya” İstehsalat Birliyində Satınalmalar və təchizat şöbəsinin rəisi vəzifəsində çalışır.
İbrahim Məmmədzadə
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit
üzrə bakalavriat, Mançester Universitetində (The University of Manchester) Dövlət siyasəti və idarəetmə ixtisası üzrə magistratura
təhsili alıb. “PAŞA Real Estate Group”da İnvestisiya direktoru vəzifəsində çalışır.
Rəsul Həşimov
1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat, iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilin İnkişafı Fondunda Layihələrin idarə olunması şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Tural Abdullazadə
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat təhsili alıb. İqtisadiyyat
Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı
Agentliyinin İdarə heyəti sədrinin müşaviri
vəzifəsində çalışır.
Vüqar Mamedov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət
Pedaqoji Universitetində Ekologiya ixtisası
üzrə bakalavriat və Hacettepe Universitetində (Türkiyə) iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Agro Food İnvestments”
MMC-də strategiya və biznesin inkişafı üzrə
menecer vəzifəsində çalışır.