III MÜSABİQƏNİN QALİBLƏRİ İLƏ TANIŞ OLUN

Elvin Əlizadə

Elvin Əlizadə
1993-cü ildə anadan olub. Hərbi Dəniz Məktəbində (Türkiyə) kompüter mühəndisliyi üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində məsləhətçi vəzifəsində çalışır.

Sübhan Əsgərzadə

Sübhan Əsgərzadə
1997-ci ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini Macarıstanın Peç Universitetində (University of Pécs) struktur mühəndisliyi ixtisasının magistratura səviyyəsində davam etdirib. PD&MS Group şirkətində Planlaşdırma mühəndisi vəzifəsində çalışır.

Toğrul Ələkbərov

Toğrul Ələkbərov
1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat və ABŞ-ın Boulinq Qrin Universitetində (Bowling Green State University) işçilərin təhsili və inkişafı ixtisası üzrə magistratura təhsili alıb. Dövlət Məşğulluq Agentliyində Mərkəzi Karyera Filialının rəhbəri vəzifəsində çalışır.

Ülviyyə Mehralıyeva

Ülviyyə Mehralıyeva
1988-ci ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisası üzrə bakalavriat və ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Şahin Mahmudzadə

Şahin Mahmudzadə
1992-ci ildə anadan olub. Türkiyənin Ankara Universitetində (Ankara Üniversitesi) maliyyə ixtisası üzrə bakalavriat təhsili alıb. Türkiyənin Sabancı Universitetində (Sabancı Üniversitesi) maliyyə ixtisasının magistratura səviyyəsi üzrə təhsilini davam etdirib. Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru vəzifəsində çalışır.

Toğrul İslam

Toğrul İslam
1993-cü ildə anadan olub. Azərbaycan Universitetində Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi (MBA proqramı), həmçinin Corcia Dövlət Universitetinin Biznes Kollecində Maliyyə ixtisası üzrə bakalavriat, ADA Universitetində isə Maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə (MBA proqramı) magistratura təhsili alıb. “PAŞA Həyat Sığorta” ASC-də Baş mühasib – Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışır.

Azad Qəribov

Azad Qəribov
1987-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, Qlazqo Universitetində (The University of Glasgow) Beynəlxalq siyasət üzrə magistratura, Mərkəzi Avropa Universitetində Siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisində kommunikasiya eksperti vəzifəsində çalışır. ADA Universitetində “Qlobal siyasət”, “Dövlət və siyasət” fənləri üzrə müəllim kimi fəaliyyət göstərir.

Səkinə Vəliyeva

Səkinə Vəliyeva
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb və təhsilini Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) Kompüter elmləri və biznes idarəetməsi ixtisası üzrə davam etdirib. İsveçrənin Lozan Universitetində MEMOS – İcraçı magistr proqramı (İdman təşkilatlarının idarə olunması) ixtisası üzrə magistr təhsili alıb. Milli Olimpiya Komitəsinin Marketinq üzrə rəhbəri vəzifəsində çalışır. Həmçinin Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Kanalı Komissiyasının üzvüdür.

Bayram Orucov

Bayram Orucov
1993-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavriat, Erasmus adına Rotterdam Universitetində (Erasmus University Rotterdam) Beynəlxalq kommersiya və şirkət hüququ üzrə magistratura təhsili alıb. Bakı Dövlət Universitetində Konstitusiya hüququ ixtisası üzrə doktorantura təhsili alır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Baş katibi vəzifəsində çalışır.

Faiq Hüseynov

Faiq Hüseynov
1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Fərahim Hacıyev

Fərahim Hacıyev
1993-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment və Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsili alıb. “Veysəloğlu” Şirkətlər Qrupunda Qrup üzrə Maliyyə nəzarəti və hesabatlılıq şöbəsinin müdiri vəzifəsində çalışır.

Xanım Daşdəmirova

Xanım Daşdəmirova
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Menecment üzrə bakalavriat, Beynəlxalq iqtisadi münasibətlər üzrə magistratura təhsili alıb. Təhsilin İnkişafı Fondunda İdarə heyəti sədrinin müavini vəzifəsində çalışır.

İlahə Baxışova Tahirli

İlahə Baxışova Tahirli
1994-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavriat, Bakı Mühəndislik Universiteti və Roma Sapienza Universitetində (Sapienza University of Rome) Biznesin idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi vəzifəsində çalışır.

Mirzə Ələkbər Babayev

Mirzə Ələkbər Babayev
1994-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavriat, Bristol Universitetində (University of Bristol) Strateji idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. BƏƏ-də fəaliyyət göstərən "Azerbaijan Trading Corporation" şirkətlər qrupunda Əməliyyatlar üzrə baş direktor (COO) vəzifəsində çalışır.

Şamxal Cəmilzadə

Şamxal Cəmilzadə
1991-ci ildə anadan olub. Almaniyanın Klaustal Texniki Universitetində (Technical University of Clausthal) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas üzrə magistratura, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə İnkişaf etməkdə olan ölkələrdə data və iqtisadiyyat ixtisası üzrə ikinci magistratura təhsili alıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin Baş məsləhətçisi vəzifəsində çalışır. Həmçinin ADNSU və UNEC-də müəllim kimi fəaliyyət göstərir.

Emil Bəşirov

Emil Bəşirov
1988-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavriat, Kardiff Universitetində (Cardiff University) Biznesin təşkili və idarə edilməsi (MBA), Qərbi Kaspi Universitetində Beynəlxalq biznes (MBA) ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) standartlarının işlənməsi şöbəsinin rəisi vəzifəsində çalışır.

Əsəd Qurbanzadə

Əsəd Qurbanzadə
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun Maliyyə ixtisası üzrə bakalavriat, Xüsusi İstedadlar Qrupunun Bank işi ixtisası üzrə magistratura, Türkiyənin Anadolu Universitetində Maliyyə ixtisası üzrə MBA (ikinci magistratura), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Dövlət maliyyəsi və fiskal siyasət ixtisası üzrə doktorantura təhsili alıb. “Agro Dairy” şirkətində kommersiya direktoru vəzifəsində çalışır.

Fərid İsayev

Fərid İsayev
1990-cı ildə anadan olub. Sumqayıt Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavriatı fərqlənmə ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində Vergi və vergiqoyma ixtisası üzrə magistratura, Vaşinqton Universitetinin (University of Washington) Layihələrin idarəedilməsi üzrə Pre-Master proqramını bitirib. Böyük Britaniyanin York Universitetində (University of York) və Fransanın Strasburq Universitetində (University of Strasbourg) Logistika və təchizat zəncirinin idarə edilməsi üzrə MBA təhsili alıb. SOCAR “Azərkimya” İstehsalat Birliyində Satınalmalar və təchizat şöbəsinin rəisi vəzifəsində çalışır.

İbrahim Məmmədzadə

İbrahim Məmmədzadə
1989-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavriat, Mançester Universitetində (The University of Manchester) Dövlət siyasəti və idarəetmə ixtisası üzrə magistratura təhsili alıb. “PAŞA Real Estate Group”da İnvestisiya direktoru vəzifəsində çalışır.

Rəsul Həşimov

Rəsul Həşimov
1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavriat təhsili alıb. İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb. Təhsilin İnkişafı Fondunda Layihələrin idarəolunması şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Tural Abdullazadə

Tural Abdullazadə
1990-cı ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat təhsili alıb. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışır.

Vüqar Mamedov

Vüqar Mamedov
1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində Ekologiya ixtisası üzrə bakalavriat və Hacettepe Universitetində (Türkiyə) iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Agro Food İnvestments” MMC-də strategiya və biznesin inkişafı üzrə menecer vəzifəsində çalışır.